Fəridə xanımla uşaq həyatı üçün vacib amil olan ‘w’ oturuşundan danışdıq…

    Bu gün Sevimli bloggerlərimlə olan müsahibələrimə start verdik,gələcək üçün tam fərqli üslubda olacağına inandırmaq istəyirəm sizi..

Fəridə xanımın , sizi xəbərdar edəcəyi bir mövzu var🤔


  • Qardaşı bardaş qurub oturan Leyli xanım atası kimi bizim dildə desək “qurbağa oturuşu” və yaxud elmi dildə desək “W-oturuşu” nu seçdi. Bu story-ni paylaşan kimi isə bir neçə izləyicim təlaşla xəbərdarlıq etdi ki, bu cür oturuş çox ziyandır, qoymayın. Mən bu oturuşa əhəmiyyət vermirdim, çünki ailəmizdə demək olar ki, bir çoxu bu cür oturub.Ona görə mən Leylinin oturuşunu genlərə bağladım. Amma👆bu məsələni araşdırmağa da başladım paralel olaraq🤓

Deməli, rus,ingilis və əlbəttə ana dilimizdə oxunanları müqayisə etdim. Bizimkilər o qədər qorxulu yazıb ki, sanki ölümcül bir şeydir😱Amma inanın elə deyilRus bizdən geri qalmır amma bir az mülayim yazıb. Odur ki, mənə yaxın olan həmişəki kimi oldu İngilis həkimləri🤗

Deməli,bu cür oturuş nə zaman ciddi fəsadlara səbəb ola bilər? 2-2,5 yaşadək sümüklərin elastikliyi yüksək olduğuna görə körpənin bu cür oturuşunda problem yoxdur. Və bu cür oturuş heç də həmişə problem demək deyil. Əgər körpə bu oturuşdan çox nadir hallarda istifadə edirsə, ondan dəstək kimi yararlanmırsa, nəzarətdən buraxmamaq şərti ilə rahat nəfəs ala bilərsiz! Problem yoxdur

  • Bu cür oturuşda uşağın dəstək mərkəzi daha geniş, ağırlıq mərkəzi isə kiçik olur. Bunun nəticəsində dayanıqlıq çanaq və gövdə vasitəsilə yaranır. Bu cür oturuş, uşaqlara oyun zamanı daha rahat olur, çünki onların balanslarını saxlamaq üçün əziyyət çəkməklərinə ehtiyac duyulmur.
  • Lakin hər hansı bir oyuncağa tərəf dartınmaq çətin olur, çünki bədənini sərbəst çevirə bilmir. Uzunmüddətli və daima bu cür oturuş ikitərəfli koordinasiya ləngimə ilə inkişaf edəcək. Bu isə,öz növbəsində rəsm çəkməkdə, yazı yazmaqda, hoppanmaq və s. öz təsirini göstərəcək. Həmçinin ayaq əzələlərinin də inkişafında ləngimələr və bərkiməsi müşahidə olunur,uşaqların balerina kimi barmaq uclarında yeriməsinə səbəb ola bilir.

Çanaq sümüyünün içəri doğru çevrilməsi bu oturuşun digər səbəbidir ki, bu körpə yaşlar üçün tipikdir və 8 yaşadək azalmağa doğru gedir. 8 və ya 6-7 yaş arası koordinasiya problemlərini üzə çıxarmaq üçün ən yuxarı yaş pilləsi hesab edilir. Lakin zamanında müdaxilə daha çox effektiv olur deyə terapevtlər qeyd edir.

Fikirlərinizi bizimlə bölüşsez sevinerik🙋🏼‍♀️

Leave a comment