[instagram: @newmummystuff]ilə maraqlı söhbət !Körpələrlə səyahətdən qorxursunuz?! Onda, bu yazı esl sizlikdir😉

Körpə ilə səyahət

Bu yazımda uşaqlarla səyahət mövzusunu ələ aldım, ümüdvaram səyahətə çıxmaq istəyən analara faydalı olacaqdır.

Əvvəla onu deyim ki, səyahət (yaxına –uzağa, qısa- uzun fərq etməz) hardan baxırsınızsa baxın körpənin inkişafına müsbət təsir edən bir olgudur. Bu inkişafın körpənizdə özünü biruzə verməsi həm aktivlik , həm ətraf aləmə maraq və həm də daha sosial olması kimi xarakterizə olunacaqdır.

“Körpə ilə səyahət etmək istirahət  demək deyil” deyənlər vardır, təbii ki, bu hər kəsin müstəqil fikridir və hörmətlə qəbul edirəm. Ancaq onu deyim ki, mən heç cürə körpəmi qoyub uzağa getməyi qəbul edə bilmədim, düşündüm ki, bu mənə nə istirahət nə də ki, səyahət keyfi olacaq. O faktı da nəzərə alaraq ki, körpə ilə səyahət həqiqətən çox yorucu ola bilər ana üçün, xüsusilə ana üçün.

Bir də körpəsi olan analar “ev ortamında daha rahatdır qayğısını çəkmək” deyib, səyahət etməyi seçməzlər, bu halda isə onu düşünmək kafidir ki, səyahət əsnasında körpənizə fayda daha çoxdur, nəinki ev çərçivəsində qalmaq.

İndi isə xüsusi diqqət edilməli bəzi nöqtələr haqda:

Gəzinti: Dubaya olan səyahətimiz əsnasında əldə etdiyim təcrübəni əsas götürməklə izah edəcəyəm. Dubaya səyahət etmək lap  çoxdan ki, arzum idi, oranın sehrinə şəkil və videolardan vurulmuşdum. Məscidləri çox möhtəşəm idi, ümumiyyətlə maraqlı idi niyə bu qədər insan axını ora üz tutur. Bir də shopping məsələsi vardı, maraqlı idi bir sözlə. Burada deyim ki, bu marağım içimdə qaldı, mən 11 aylıq qızımla bunları edə bilmədim sırf onun rahatlığı pozulmasın deyə. Və Dubaya yenidən səfər etmək artıq şərt oldu. Akvarium, səhra səyahəti, və s digər görülməli yerlər elə uzaqdan baxmaqla yan keçdi. Odur ki, körpə ilə getməyin bu tərəfi var, “körpə friendly” yerləri gəzə bildim yalnız.

Yemək: Biz gedərkən qızım  11 aylıq idi, və gün ərzində 5 dəfə yemək yeyirdi. Bunu nəzərə alaraq, yolda olacağımız zaman dilimi üçün, hazır meyvə püresi və kaşa hazırlaya bilmək üçün lazımi ləvazimatları götürmüşdüm. Qalacağımız yerdə isə şərait olduğu üçün çətinlik çəkmədim. Səhər yeməyi və gündüz yeməyi otelin menyusu ilə idarə edirdim, artıq əlavə qidailə sərbəst olduğumuz üçün çətin olmadı. Oteldən kənarda isə yenə də su termosu, kaşa, meyvə püresi yanımda gəzirdi.

Pasif istirahət: Körpə ilə edə biləcəyiniz ən ağıllı səyahət pasiv olanıdır. Yəni yemək olsun, yatmaq olsun, açıq hava olsun. Sonra dünya da bir yana olsun. Nə qədər də ürəyim Avropa şəhərlərini gəzmək istəyi ilə dolu olsa da, 3 yaşına qədər körpə ilə bu məncə elə də yaxşı fikir deyil. O səbəbdən qızım bizimlə olandan bəri biz passiv səyahətçiyik. Düzdür arada oldu şəhərləri gəzmək , onlardan başqa vaxt bəhs edərəm. Ancaq nəhayətində qərar belə oldu ki, ən gözəli passiv olanıdır.

Dubaya biz mart ayında səyahət etmişdik, Havanın temperaturu , 28-33 dərəcə arası dəyişirdi təxmini. Dəniz kənarı qumla oyun, dəniz özü, digər rənglər qızıma çox müsbət təsir etmişdi. Orada ilk dəfə gecələri kəsintisiz yatmışdı, və bu mənim üçün əsl hədiyyə olmuşdu, səbəbini isə onda gördük ki, bütün gün ərzində oyun və açıq havada idi. 11 ayı vardı ancaq iməkləmirdi, oturduğu yerdən tərpənmirdi, orda isə iməkləmək öyrəndi.

Ətrafda hər kəs körpəyə qarşı çox duyarlı idi, hava limanından otelə qədər, öncəlik tanıyırdılar, körpə olduğu üçün. Təyyarə ilə gedərkən özümüzlə, ən sevdiyi 1-2 oyuncağını götürmüşdük ki, başını qataq, biraz oynadı, biraz ağladı, biraz nəsə yedi, və yol tamamlandı, qayıdarkən isə bütün yolu yatmışdı.

Sonda onu deyim ki, heç zaman heç nəyi gözünüzdə çox böyütməyin. Necə olacaq, nə edəcəm, birdən belə olsa nə olar- deməyin, hadisələri axarına buraxın. Və hadisələr yaşandığı anda siz anında qərar verib hərəkətə keçin.

Amma mütləq və mütləq ehtiyatınızı əldən verməyin. Körpəyə nə lazım ola bilər minimum, onun ehtiyatını mütləq saxlayın. Apteçkanızı da unutmayın.

Səyahət həyatdır, yaşamaqdır və əvəz edilməz təcrübədir.

İnşallah hər kəsə sağlam, maraqlı, əminamanlı səyahətlər arzu edirəm.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s